22 Noyabr 2021 23:39
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya klassiklərindən olan Çarles Dikkensin 100 il əvvəl yazdığı şifrəli məktubun sirlərini bu günə qədər açmaq mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, məşhur ingilis yazarının məktubundakı şifrələri çözənə pul mükafatı veriləcəyi açıqlanıb.

Qeyd edək ki, Dikkensin “İki şəhərin hekayəsi”, “Böyük ümidlər” kimi əsərləri dünya klassikləri arasında yer alıb.

Öz ölkəsində belə barəsində araşdırmaların aparıldığı Dikkensin 100 il əvvəlki məktubunun sirləri hələ də açılmayıb.

Məktub XVIII əsrdə ixtisar və simvollardan istifadə edərək stenoqrafiya sistemi ilə yazılmış və “Tavistok məktubu” adlandırılan şifrəli məktub indi də öz sirrini qoruyub saxlayır. İndiyədək şifrələnmiş məktubun şifrəsini aça bilməyən tədqiqatçılar bu dəfə ümidlərini həvəskar kriptoloqlara bağlayıblar. İngiltərənin Leiçester və İtaliyanın Foggia Universitetləri tərəfindən qurulan “Dikkens Kodu Layihəsi” çərçivəsində yeni ilə qədər şifrəli məktubu həll edənlərə pul mükafatı veriləcək.

“Tavistok məktubu” britaniyalı müəllifin yandırdığı bir çox digər sənədlərdən günümüzə qədər gəlib çatmış 10 əlyazma arasındadır.

İtaliyanın Foggia Universitetindən professor Hugo Bovles sirli məktubla bağlı İngiltərə mediasına deyib ki, onu çözmək çox çətindir: “Bu, söz oyunları oynamaq qədər mürəkkəb və sirli bir şeydir. Çarles Dikkens söz oyunlarını və tapmacaları çox sevirdi. Digər tərəfdən, Çarles Dikkensin pis yazısının da işləri çətinləşdirir”.


Müəllif: Nemət

Oxşar xəbərlər