15 Noyabr 2014 21:29
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Brisben şəhərində "Böyük iyirmilik" sammiti çərçivəsində üz-üzə gələn Merkellə Putin yenidən Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Avropa Komissiyasının başçısı Jan-Klod Yunker AFR-ın kansleri Ancela Merkellə və Rusiya prezidenti Vladimir Putinin arasında aparılan açıq dialoqun bilavasitə iştirakçısı olub.

Teleqraf.com-un dw.de saytına istinadən məlumatına görə, tərəflər Ukrayna məsələsini bir saatdan çox müzakirə ediblər. Tərəflər arasında görüş Putin üçün ayrılan mehmanxanada baş tutub.

Maraqlıdır ki, həm Rusiya, həm də Almaniya tərəfi danışıqlardan əvvəl gözlənilən görüşün mümkün nəticələri barədə bədbin proqnozlar veriblər. Vladimir Putin bununla bağlı bildirib ki, Almaniya lideri ilə danşıqlarda əhəmiyyətli irəliləyiş gözləmir.

Merkel isə açıq şəkildə vurğulayıb ki, bu görüşdə hər hansı gözlənilməz keyfiyyət dəyişikliyinin baş verməsi qeyri-mümkündür.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər