Koreya Respublikasının keçmiş Prezidenti Con Du Xvan 90 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, Çon Du Xvan yerli vaxtla səhər saat 8:40-da (Bakı vaxtı ilə saat 3:40-da) Seuldakı evində vəfat edib. Agentlik qeyd edib ki, keçmiş prezident xroniki xəstəlikdən əziyyət çəkib.
Çon Du Xvan 1979-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. O, 1988-ci ilə qədər ölkəni idarə edib.
Sonra məhkəmə tərəfindən Con Du Xvan barəsində ölüm hökmü çıxarılsa da, cəza ömürlük həbslə dəyişdirilib. Bir müddət sonra o vaxtkı prezident Kim De Çjun onu əfv edib.