23 Noyabr 2021 20:27
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı aviasiyası Rusiyanın şərqində, dövlət sərhədinin bilavasitə yaxınlığında əhəmiyyətli dərəcədə fəallaşıb, pilotlar raket zərbələri endirmə taktikasını tətbiq edirlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, bu cür hərəkətlər Çin üçün də təhlükə yaradır.

“Hazırda biz bilavasitə Rusiyanın şərq sərhədləri yaxınlığında uçuşların sayında əhəmiyyətli artımı qeyd edirik. Təkcə 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin strateji aviasiyası Oxot dənizi üzərində 22 uçuş həyata keçirib, halbuki 2019-cu ildə bu uçuşların sayı 3 olub. Bütün hallarda bizim hava hücumundan müdafiəmiz Amerikanın strateji bombardmançılarının vaxtında aşkar edilməsi, davamlı monitorinqin qurulması və insidentlərin qarşısının alınması üçün tədbirlər həyata keçirir”, - rusiyalı nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər