25 Noyabr 2021 19:15
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlayn serial və film izləmə platforması Netfliksin dünya miqyasında səs-küy yaradan Cənubi Koreya serialı “Squid Game” yenidən qorxunc bir xəbərlə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyada “Squid Game”ni izləyən və ya izlənilməsinə şərait yaradanlar ağır formada cəzalandırılır.

Məlumata görə, serialını yaddaş kartı ilə Şimali Koreyaya keçirən şəxs güllələnərək edam ediləcək. Yaddaş kartında serial aşkarlanan orta məktəb şagirdi isə ömürlük həbs cəzasına məhkum olunub.

Bundan başqa, seriala baxan 6 orta məktəb şagirdi də 5 il müddətinə azadlıqdan məhrum edilib. Kim Çen In rejiminin qəzəbindən şagirdlərin müəllimləri və məktəb rəhbərləri də öz paylarını alıblar. Onlar işlərindən azad olunaraq, işləmək üçün mədənə göndəriliblər.

Hər şey keçən həftə bir şagirdinin serialı öz dostlarından biri ilə izləməsindən sonra başlayıb. Digər şagirdlərin şikayətindən sonra azyaşlılar saxlanılıb.

Şagirdlərdən biri 3000 dollar rüşvətlə xilas olub. Sərt cəza təhdidlərinə baxmayaraq, serialın ölkədə qeyri-qanuni şəkildə yayıldığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər