İŞİD terror təşkilatı bu dəfə daha amansız davranaraq, öz üzvünü edam edib.
Teleqraf.com-un məlumatına görə, İŞİD öz üzvünün başını kəsərək, çarmıxa çəkməklə qətlə yetirib.
Qeyd edək ki, əvvəl də terror təşkilatı digərlərinə görk olması üçün "günahkar"ların başını kəsmək və ya çarmıxa çəkməklə edam etmişdi. Amma birinci dəfədi ki, terrorçular hər iki vəhşiliyi eyni anda tətbiq etməklə edam cəzası reallaşdırırlar.