“Vladimir Zelenskinin iddiasının əksinə olaraq, Rusiyanın Ukraynada dövlət çevrilişi etmək planı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiyanın belə bir planı yoxdur. Rusiya heç vaxt belə şeylər etmir”, - Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkəsində planlaşdırılan dövlət çevrilişi ilə bağlı məlumat aldığını bildirib. Onun sözlərinə görə, ona biznesmen Rinat Axmetovun bu planda əlinin olduğu və bunun üçün milyardlarla dollar ayrıldığı barədə məlumat verilib.
Bununla yanaşı, dövlət başçısı buna inanmadığını deyib.