Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların nəticələrini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, müşavirədə Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər barədə danışıb.
“Planlaşdırıldığı kimi, biz ən yaxın tərəfdaşlarımız və ən yaxın qonşularımızla, yəni MDB ölkələri ilə münasibətlərin bütün spektri haqqında daha ətraflı danışdıq”, - Rusiya prezidenti vurğulayıb.