27 Noyabr 2021 12:40
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İranın İsfahan şəhərində quraqlıq səbəbindən etiraz keçirən kütləyə polis bibər qazı ilə müdaxilə edib.

Teleqraf.com xəbər verir ki, İranın İsfahan şəhərində quruyan Zayende çayında başlayan etirazlar davam edir.

Təhlükəsizlik qüvvələri hakimiyyət əleyhdarlarının təxribatının olduğunu bildirərək aksiyanın dayandırılmasını tələb edib. Bölgədə gərginliyin getdikcə artdığı bir vaxtda təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib. Sosial mediada paylaşılan görüntülərdə bəzi nümayişçilərin hakimiyyət əleyhinə şüarlar səsləndirdiyi ortaya çıxır.

Noyabrın 19-da İranda quraqlığa görə isfahanlı fermerlərin başladığı nümayişlər davam edir. İsfahanlılar da Zayende çayının qurumasına etiraz edən fermerlərin və qurumuş çayın üzərinə toplaşan minlərlə insanın aksiyasına dəstək verir.


Müəllif: Nemət

Oxşar xəbərlər