27 Noyabr 2021 13:25
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusu daha 4 PKK terrorçusunu məhv edib.

Teleqraf.com xəbər verir ki, əməliyyat Sülh çeşməsi bölgəsində keçirilib.

Bölgəyə sızan və təcavüz atəşi planlaşdıran terrorçular zərərsizləşdirilib.

“Sülh çeşməsi əməliyyat bölgəsinə atəş açan və əraziyə sızmağa cəhd edən 4 PKK/YPG terrorçusu qəhraman komandolarımız tərəfindən məhv edilib”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.


Müəllif: Nemət