16 Noyabr 2014 17:17
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Baş Qərargah rəisi Martin Dempsi Ərbildə İraq Kürd Regional rəhbəri Məsud Bərzani ilə görüşüb.

Axar.az xəbər verir ki, Bərzani və Dempsi İŞİD-ə qarşı necə mübarizə aparmağın uyğun olması barədə müzakirələr aparıblar. İraq hökumətinin bu məsələdə ciddi addımlar atmasının labüd olduğu vurğulanıb.


Dempsi ABŞ və koalisiya qüvvələrinin peşmərgələrə hərbi yardım etməyə davam edəcəyini, Kürdüstan bölgəsinin də bütün ehtiyaclarını qarşılamaqda əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib. Terrorçulara lazım olduğu anda öldürücü zərbələr endirəcəklərini bildirən Dempsi mübarizənin bütün tərəflərin iştirakı ilə davam edəcəyini deyib.

Qeyd edilib ki, İŞİD-ə qarşı yeni əməliyyatın hazırlığı görülür. Bu hücumun digər hücumlardan kəskin şəkildə fərqlənəcəyi vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər