27 Noyabr 2021 19:25
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiyada üsyançılara qarşı başlanan silahlı mübarizəyə qatılan Baş nazir Abi Əhməd ilk dəfə cəbhədə görüntülənib.

Teleqraf.com xəbər verir ki, Afar cəbhəsində savaşan Abi Əhməd ordunun Asaqita bölgəsini yenidən ələ keçirdiyini elan edib.

Üsyançılarla mübarizənin qərarlılıqla davam edəcəyini açıqlayan baş nazir Tigay Xalq Qurtuluş Cəbhəsi qüvvələrinin işğal olunan bölgələrdən çıxmaq məcburiyyətində olduğunu bildirib.

Baş nazir ordunun yaxın zamanlarda Burka və Çifra bölgələrinə nəzarəti ələ alacağını anons edib.

Qeyd edək ki, baş nazir mərkəzi hökumətə qarşı başlayan üsyanları yatırmaq məqsədilə səlahiyyətlərini birinci müavininə verərək orduya dəstək məqsədilə cəbhəyə yollanıb.


Müəllif: Nemət