Cənubi Afrikada COVID-19 virusunun yeni mutasiyası olan Omikronun kəşfindən sonra İngiltərədə mağazalarda və ictimai nəqliyyatda maskalardan istifadənin yenidən məcburi olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Boris Conson qərar qəbul edib.
Conson hesab edir ki, virusla mübarizədə görülən bu tədbirlər alimlərə mutasiyanı müəyyən etməyə kömək edəcək, Milli Səhiyyə Sisteminin iş yükünü azaldacaq.
Bundan əlavə, yeni qərara əsasən İngiltərəyə gələn bütün sərnişinlər ölkəyə gəldikdən sonra 2-ci günün sonunda PCR testindən keçməli və mənfi test nəticəsi alana qədər özlərini təcrid etməlidirlər.