İsrail alimlərinin tədqiqatlarına görə, millimetr dalğalarının istifadəsi iki saniyə ərzində səthlərdə olan COVID-19 və poliovirusun 99 faizini öldürə bilər.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər uzunluğu birdən on millimetrə qədər olan radiodalğaların infeksiyaya təsirini araşdırıblar. Tədqiqatlar zamanı radiasiyanın patogenləri iki saniyəyə öldürə biləcəyini aşkarlanıb.
Alimlər bildiriblər ki, belə dalğalar temperaturu artırır. Bu da onlara virus hissəciklərini öldürməyə imkan verir.
Bundan əlavə, yeni üsul müxtəlif səthlərdə, məsələn, avadanlıq və digər texnologiyalarda istifadə üçün uyğundur.
Alimlər bu üsulun insan orqanizmində infeksiyaya qarşı mübarizədə istifadə oluna biləcəyinə şübhə ilə yanaşsalar da, eyni zamanda, onun daha sürətli işlədiyini deyirlər. Belə ki, bu üsul cəmi iki saniyə ərzində virus hissəciklərinin 99.8 faizini məhv edilir.