Koronavirusun yeni omikron ştamına tam peyvənd olunmuş insanlar da yoluxa bilər.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın baş naziri Boris Conson çıxış edib.
Onun sözlərinə görə, virus son dərəcə sürətlə yayılır. Conson hesab edir ki, hətta koronavirusa qarşı kollektiv immunitet belə yeni ştam üçün maneə olmayacaq.
Hazırda yeni ştammla əlaqədar Britaniyada görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Ölkəyə daxil olanların hamısı PCR testdən keçməlidir və mənfi test nəticəsi alınana qədər turistlər özlərini təcrid etməlidirlər. İctimai nəqliyyatda və ticarət obyektlərində maska rejiminə riayət olunmasına nəzarət gücləndirilib.