28 Noyabr 2021 08:40
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada 2 nəfərdə COVID-19-un Omikron mutasiyası aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Afrikada rast gəlinən və Omikron adlanan yeni COVID-19 mutasiyası Britaniyada 2 nəfərdə aşkarlanıb. Səhiyyə naziri Səcid Cavid açıqlamasında yoluxmalardan birinin Çelmsfordda, digərinin isə Nottingemdə olduğunu bildirib. Böyük Britaniyada yeni mutasiyanın yayılmasının qarşısını almaq üçün yeni tədbirlərin görüləcəyini bildirən nazir “Biz hər zaman çox açıq şəkildə bildirmişik ki, lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”, - deyib.

Böyük Britaniya hökuməti yeni mutasiyaya görə daha 4 ölkəni qırmızı səyahət siyahısına əlavə edib. Cənubi Afrika Respublikası, Botsvana, Namibiya, Zimbabve, Lesoto və Esvatinini qırmızı siyahıya daxil edən Səhiyyə Nazirliyi Anqola, Mozambik, Malavi və Zambiyanı da siyahıya əlavə edib. Yenilənməyə əsasən, noyabrın 28-i yerli vaxtla saat 04:00-dan etibarən bu ölkələrdən Böyük Britaniyaya gələnlərə 10 günlük otel karantini tətbiq etməli olacaqlar.

Baş nazir Boris Conson isə ölkə daxilində mağazalarda və ictimai nəqliyyatda maskalardan istifadənin yenidən məcburi olacağını və xaricdən gələnlər üçün PCR testinin məcburi olacağını bildirib. O, yeni variantın bütün dünyaya yayıldığını və mutasiya haqqında hələ kifayət qədər məlumatın olmadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər