Rusiyada son sutka ərzində daha 33 548 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb.
Rusiyada COVID-19-a yoluxanların 9 580 373 nəfərə çatıb.
Son sutka ərzində 1224 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 272 755 nəfərə çatıb.