29 Noyabr 2021 09:28
7 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisi arasında keçirilən görüş barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyə və İran prezidentləri arasındakı görüşün son dərəcə dostluq və səmimi atmosferdə keçdiyini deyib.

“Münasibətlərin çoxşaxəli şəkildə inkişaf etdirilməsi və bəzi maneələrin aradan qaldırılması qərara alınıb. İki ölkə arasındakı əlaqələr tarixidir. Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurası iclas keçirməyə razılaşıb”, - Abdullahiyan söyləyib.

İƏT-in 15-ci zirvəsində iştirak etmək üçün Türkmənistana səfər edən Prezident Ərdoğan iranlı həmkarı ilə sammit çərçivəsində bağlı qapılar arxasında görüş keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər