29 Noyabr 2021 21:14
4 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO heç bir xəbərdarlıq etmədən qoşunlarını Belarus sərhədinə çəkir, buna görə də cavab tədbirlərinə ehtiyacı var”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Onlar heç kimə xəbərdarlıq etmədən, həyasızcasına bizim sərhədimizə yaxınlaşdılar. Biz silahlı qüvvələrimizi ora yerləşdirmirik, belə bir əmr verməmişəm. Amma biz baş verənləri görməliyik”, - Lukaşenko qeyd edib.

O, kəşfiyyat təyyarələrinin tez-tez Kalininqrad vilayəti ətrafında uçmasına diqqət çəkib.

Lukaşenko hesab edir ki, bölgədə artan uçuşlar və hərbi təlimlər boş yerə deyil, bunun arxasında konkret məqsədlər var.

Bu yaxınlarda Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Polşanın müharibəyə səbəb olacaq sərhəd insidentini yarada biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu