Yanvarın 1-dən etibarən Rusiya Krım tatarlarını orduya çağıracaq.
Teleqraf.com Obozrevatel.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib.
O, Moskvanın artıq Krım tatarlarının siyahısını tutmağa başladığını bildirib. Cəmilov bununla da orduya gedib Rusiyaya xidmət etmək istəməyən tatarların Krımdan qovulmasının sayının artacağını bildirib.