16 Noyabr 2014 23:30
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin mexaniki fiquru Kölndə “Blecker” hərracında 35 min avroya satılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə hərracın saytında bildirilir.

Lotun ilk qiyməti 18 min avro təşkil edirdi. Mexaniki fiqurun alıcının adı açıqlanmayıb. 51 santimetr hündürlüyü olan fiqur məşhur İsveçrə ustası Kristian Beyi tərəfindən yaradılıb. Putin masanın arxasında oturur Krım Muxtar Respublikasının Rusiya Federasiyasına birləşmə haqqında müqaviləni imzalayır. Mexaniki Putinin fırlanan başı və şüşə gözləri var, klassik qara kostyuma geyinib. Müqaviləni isə qaz lələyi ilə imzalayır.

Rusiya prezidentinin mexaniki fiquru hərraca çıxarılacağı oktyabr ayında açıqlanmışdı. “The Independent” nəşri “Moscow Times” istinadən yazırdı ki, fiqur üçün bir neçə milyon dollar ödəyə bilərlər.


Müəllif: