30 Noyabr 2021 09:40
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Qüvvələri hipersəsli “Sirkon” raketinin yeni sınağını keçirib.

Teleqraf.com xəbər verir ki, bütün Avropanı əhatə edən raket 400 kilometr uzaqlıqdakı dəniz hədəfini uğurla məhv edib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, “Sirkon”un sınağı Ağ dəniz sərhədləri daxilində həyata keçirilib və “Admiral Qorşkov” gəmisindən atılan raketlə 400 km uzaqlıqdakı dəniz hədəfi məhv olunub.

“Sirkon” raketinin sonuncu sınağı iki həftə əvvəl həyata keçirilib.

2022-ci ildə Rusiya donanmasının arsenalına daxil olması planlaşdırılan “Sirkon” raketinin min kilometrdən çox məsafədə quru və dəniz hədəflərini vura bildiyi açıqlanıb. “Sirkon” raketləri hələlik gəmilərdə yerləşdirilə bilər, amma raketin qurudan buraxılan variantı da hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər