30 Noyabr 2021 15:59
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Atom Enerji Təşkilatının sabiq rəhbəri Fereydoun Abbas Davani ölkəsinin yüksək vəzifəli şəxsləri tərəfindən illərdir inkar edilməsinə rəğmən atom bombası yaratmaq üçün bir proqramın gündəmdə olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, Fereydoun Abbas Davani ilə müsahibə ötən il İran alimi, eyni zamanda müdafiə nazirinin müavini olan Möhsün Fəxrizadənin İsrail Mossad tərəfindən öldürülməsinin ildönümünə təsadüf edib.

Davani İranın nüvə proqramının dinc məqsədli olduğunu və Ali rəhbər Ayətullah Əli Xameneinin nüvə silahının hazırlanması və istifadəsinə qarşı fətva verdiyini xatırladıb.

Bununla belə İran rəsmisi nüvə proqramının hazırlandığını və sistemlərin mövcud olduğunu etiraf edib.


Müəllif: Nemət

Oxşar xəbərlər