30 Noyabr 2021 21:43
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Rusiya ilə müəyyən münasibətlər qura bilib. Xüsusilə, yüksək səviyyəli əlaqələr var. Mən, prezidentPutin və prezident Ərdoğan arasında yaranan şəxsi münasibətləri nəzərdə tuturam. Eyni zamanda Türkiyə Ukrayna qarşılıqlı olaraq sözün əsl mənasında strateji tərəfdaşlığın qurulması istiqamətində addımlar atır. Bu baxmdan Türkiyənin Ukrayna və Rusiya arasında real vasitəçilik imkanlarına malikdir, amma mən buna nə Ukraynanın dostlarının, nə də Rusiyanın isti yanaşacağını düşünmürəm”.

Bunu Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Mütəxəssis qeyd edib ki, Ankara həm Moskva, həm də Kiyevlə isti münasibətlərə malikdir: “Hər iki paytaxtla Ankaranın yüksək əlaqələri var. Üstəlik iqtisadi əlaqələr də inkişaf edir. Yəni Ankaranın vasitəçilik imkanları və şansları var. Sadəcə buna Ukraynanın qərb dostlarının həvəsli olacağını düşünmürəm. Eyni fikri Rusiya barəsində də işlətmək olar”.

S. Əkbər əlavə edib ki, son illər Türkiyənin dünyada nüfuzu artıb və bir sıra regionlarda real təsir imkanlarına malikdir. Onun sözlərinə görə, hazırda yeni dünya düzəni ilə əlaqədar gərgin rəqabət və mübarizə gedir. Bu səbəbdən də inandırıcı deyil ki, Türkiyənin vasitəçilik etməsi digər qüvvələri razı salsın”.

Bununla belə partiya sədri qeyd edib ki, Ukrayna-Rusiya münasibətlərində son dövrlər ciddi gərginlik müşahidə edilir ki, bu da hər iki ölkə üçün təhlükəlidir: “Bu mənada real vasitəçiliyə ehtiyac var. Ancaq situasiya elədir ki, burada kənar təsirlər də xüsusi rola malikdir. Bu səbəbdən Ankaranın təklifinə müsbət yanaşılacağını düşünmürəm”.


Müəllif: Nemət