Avropada islamofobiyanın qalasına çevrilən Fransa müsəlmanlara qarşı yeni təzyiq siyasətinə başlayıb.
Teleqraf.com xəbər verir ki, Fransa hökuməti ölkədəki bir çox məscidin bank hesablarını müsadirə edib.
Səbəb kimi cümə namazından sonra və Ramazan ayı ərzində verilən ianələr göstərilib.
Müsəlmanların bu ianələr olmadan məscidlərin xərclərini qarşılaya bilməyəcəyini bildirən Fransa Müsəlmanları İbadət Şurası hesabların bağlanmasına reaksiya verib və bunu “ayrı-seçkilik” adlandırıb.
Şuradan verilən açıqlamada belə ianələrin təkcə məscidlərə verilmədiyi, amma qadağaların yalnız məscidlərə şamil edildiyi bildirilib.
Emmanuel Makron administrasiyası son zamanlar bir çox məscidi və ibadət yerini müxtəlif bəhanələrlə bağlayıb.