1 Dekabr 2021 11:07
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada prezidentliyə namizədliyini irəli sürən yazıçı-jurnalist Erik Zemmur ölkədəki müsəlmanları assimilyasiyaya çağırıb.

Teleqraf.com xəbər verir ki, o, 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərində qalib gələrsə, Fransa və “Fransa müsəlmanlarının prezidenti” olacağını iddia edib.

“Başqalarından fərqli olaraq, mən İslam və islamçılıq arasında fərq qoymuram. İkisi eyni şeydir. Amma mən İslam və müsəlmanlar arasında fərq qoyuram. Mən bütün müsəlmanları assimiliyasiyaya çağırıram", - Zemmur deyib.

O, 1789-cu ildə deyilən “Biz millət olaraq yəhudilərə heç bir şey verməməliyik, yəhudilərə fərd olaraq hər şeyi verməliyik” ifadəsinin müsəlmanlar üçün də keçərli olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu