1 Dekabr 2021 12:05
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 3-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağı və bu danışıqlarda Ukraynadakı vəziyyətə toxunacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin toplantısının keçirildiyi Riqada Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz iki tərəflə (Rusiya və Ukrayna) əlaqə saxlayırıq və gərginliyin azaldılmasının tərəfdarıyıq. Bu yaxınlarda mən Lavrov və Dmitri Kuleba ilə danışıqlar apardım. Cümə günü prezidentimiz Prezident Putinlə danışıqlar aparacaq”, - nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər