ABŞ prezidenti Barak Obama İŞİD-in daha bir amerikalı girovu edam etməsini “dünyanın haqlı olaraq qeyri-insaniyyətlə əlaqələndirdiyi terrorçu qrupun şər əməli” adlandırıb.
O, amerikalı girov – Abdul-Rahman Peter Kassiqin İŞİD terror təşkilatından olan yaraqlılar tərəfindən başının kəsilərək öldürüldüyünü təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, hadisədən Avstraliyadakı G20 sammitindən qayıdarkən xəbər tutan Obama, Abdul-Rahman Kassiqin ailəsinə dualarını və başsağlığı diləklərini çatdırıb.
Qeyd edək ki, bu videoda da İŞİD cəlladı əvvəlki videolarda olduğu kimi Britaniya ləhcəsində danışır.