1 Dekabr 2021 21:14
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Çin arasındakı yarışın hipersəsli raket sahəsinə keçdiyi etiraf olunub.

Teleqraf.com xəbər verir ki, etirafın mənbəyi isə ABŞ Hərbi Hava Qüvvələrinin rəisi Frenk Kendaldır.

O, bu yarışın rəqəmləri yox, keyfiyyəti əhatə etdiyini bildirib.

Kendall həmçinin çinlilərin çox aqressiv davrandığını və ABŞ-ın buna kifayət qədər cavab vermədiyini deyib.

“Mən A-10-u sevirəm. C-130 əla təyyarədir, çox bacarıqlıdır və bir çox missiyalar üçün çox effektlidir. MQ-9-lar da terrorizmlə mübarizə və sair üçün çox effektlidir. Onlar hələ də faydalıdırlar, amma heç biri Çini qorxutmur”, - Kendal vurğulayıb.

Kendall çıxışında “A-10 Thunderbolt” düzqanadlı döyüş təyyarəsini, “Lockheed C-130 Hercules” dördmühərrikli nəqliyyat təyyarəsini və “MQ-9 Reaper” dronlarını xatırladıb. Bu təyyarələr müvafiq olaraq 1972, 1954 və 2001-ci illərdə istehsal edilib.

Çinin yayda hipersəsli raket sınağı keçirməsi Pentaqonu qəzəbləndirmişdi. Amerika mətbuatına görə, ABŞ hipersəsli silahlara gəldikdə Çin və Rusiyadan çox geri qalır.

ABŞ Kosmik Qüvvələrinin generalı Devid Tompson bu haqda deyib: “Hipersəs proqramları baxımından biz çinlilər və ya ruslar qədər qabaqcıl deyilik. Amma ABŞ sürətlə onlara yetişməyə çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər