İngiltərə Xarici işlər naziri Liz Truss Estoniyada Rusiya sərhədi yaxınlığında NATO tankına minib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Qəzetin yazdığına görə, xarici işlər naziri Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin addımını təkrarlamaq istəyib. Tetçer 1998-ci ildə Almaniyaya səfəri zamanı bunda oxşar addım atmışdı.
Truss Rusiyanı pisniyyətli davranışlarda ittiham edib və Ukraynanı işğal etməklə strateji səhvə yol verməməyə çağırıb.
Onun sözlərinə görə, NATO xarici işlər nazirləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi qüvvələrinə cavab strategiyalarını müzakirə etmək üçün Latviyada toplanıb.