1 Dekabr 2021 23:12
234

ABŞ-ın Tennesi ştatının Humboldt şəhərində orta məktəbdə atışma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə WPSD telekanalı məlumat yayıb.

Atışmada bir nəfərin öldüyü, daha birinin xəsarət aldığı deyilir.

Hadisə basketbol turnirinin keçirilməli olduğu məktəbin idman zalının qarşısındakı dəhlizdə qeydə alınıb.

Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb, lakin ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

Bir gün əvvəl Miçiqan ştatının Oksford şəhərində 15 yaşlı şagird məktəbdə atəş açaraq üç həmyaşıdını öldürüb, biri müəllim də daxil olmaqla daha 8 nəfəri yaralayıb.


Müəllif: Teleqraf.com