2 Dekabr 2021 11:42
490

ABŞ-ın sabiq prezidenti Donald Tramp “GB News” kanalına müsahibəsində uduzduğu 3 noyabr seçkilərinin saxtakarlıqla oğurlandığına dair iddiasını təkrarlayıb.

Teleqraf.com xəbər verir ki, eks-prezident 2024-cü ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb.

“Ölkəni sevirsənsə, başqa seçimin yoxdur. Bu, sual deyil”, - Tramp deyib.

Ölkəsini sevdiyini və onu görünməmiş bir səviyyəyə çatdırdığını iddia edən Tramp koronavirus peyvəndlərinin tapılmasında oynadığı rola da diqqət çəkib:

“Onlar bunun 12 il çəkəcəyini gözləyirdilər. Amma biz heyrətamiz bir iş gördük, onu tez tapdıq”.


Müəllif: Mənsur Rəğbətoğlu