2 Dekabr 2021 17:26
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk kəşfiyyatı PKK/KCK terror təşkilatının idarəçilərindən olan Duran Qalxanın mühafizəçisi “Məzlum Jir Agir” kod adlı terrorçu Əmrah Adıgözəl və “Sarina Diljin” kod adlı terrorçu Pərvin Arslanı xüsusi əməliyyat nəticəsində Türkiyəyə gətirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) xüsusi əməliyyatı sayəsində oğurlanaraq Türkiyəyə gətirilən terrorçuların xüsusi informasiyalara sahib olduğu ehtimal edilir.

2012-ci ildə PKK-ya qoşulan və Şimali İraqda kənd yerlərində fəaliyyətə başlayan terrorçu Əmrah Adıgözəl təşkilatın yüksək rütbəli səlahiyyətlisi “Abbas” kod adlı Duran Qalxanı 2 il mühafizə edib. Terrorçu Adıgözəlin Şimali İraqdakı Qara, Sincar və Hakurk bölgələrində də fəaliyyətlər həyata keçirdiyi, təşkilatın Sincar bölgəsindəki sözdə kəşfiyyatına cavabdeh olduğu və İran bölgəsini dizayn edildiyi öyrənilib. Əmrah Adıgözəlin 2020-ci ildə İran sahəsində PKK-nın regional səlahiyyətliləri arasında təmsil olunduğu müəyyən edilib.

2014-cü ildə PKK-ya qoşulan terrorçu Pərvin Arslan İraqın şimalında və Suriyanın şimal regionlarında fəaliyyət göstərən təşkilatın hücum, təxribat və sui-qəsd bölmələrində iştirak edib. Terrorçu Arslanın 2019-cu ildə də İran sahəsinə təyinat aldığı və “komandir” vəzifəsini icra etdiyi bəllidir.


Müəllif: Nemət