Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımı geri almağı planlaşdırdığını elan etməsinə rəsmi Moskva sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov və Rusiya Xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevə ard-arda xəbərdarlıq edib.
Dmitri Peskov Ukrayna Prezidenti Zelenskinin Krımı geri alacağına and içməsini dəyərləndirərkən bildirib ki, bu açıqlama Rusiyaya təhdiddir və Kiyevə bununla bağlı xəbərdarlıq edirik.
Xarici işlər naziri Sergey Lavrov isə NATO-nun şərqə doğru hərəkət etməməsində israrçı olduqlarını bildirib, eyni zamanda Ukraynaya silah göndərən ABŞ və müttəfiqlərini sərt tənqid edib.