3 Dekabr 2021 13:57
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli növləri təhdid qarşısında qoyma məsələsinə görə Avropa dovşanlarından sonra ikinci olan vəhşi pişiklər müxtəlif ölkələr, xüsusilə Avstraliya üçün böyük problemdir, çünki onlar hər il 530 milyondan çox yerli qurbağa və sürünənləri, həmçinin 450 milyon məməlini və 270 milyon quşu öldürürlər.

Teleqraf.com xəbər verir ki, Avstraliya hökuməti buna görə vəhşi təbiəti qorumağı və lazım gələrsə, “genetik bio-nəzarət variantlar”ını tətbiq etməklə, yaşayış ərazilərinin geniş şəkildə məhvinə səbəb olan “istilaçı növlər”i aradan qaldırmağı planlaşdırır.

Avstraliya hökuməti 2015-ci ildə verdiyi açıqlamada qarşıdakı 5 il ərzində 2 milyon vəhşi pişiyin öldürülməsinin planlaşdırıldığını bildirmişdi. İstifadə ediləcək üsullara güllələmə və zəhərləmə daxildir, təklif edilən başqa bir plan isə böyük vəhşi pişiklərin yaşadığı ərazilərə havadan zəhərli kolbasaların buraxılması də daxildir. Bütün bu səylərə baxmayaraq, vəhşi pişiklər Avstraliyanın yerli növlərini məhv etməyə davam edir. Avstraliya Elm Fondunun hesabatı, BMT-nin Elm və Sənaye Tədqiqatları Ofisi (CSIRO) vəhşi təbiəti təhdid edən belə heyvanların idarə edilməsi üçün yeni kurs müəyyən edib.

Məlumata görə, Avstraliya hökuməti qida zəncirinə təhlükə yaradan 6 milyon vəhşi pişiyi məhv etmək üçün genetik texnologiyadan istifadə etməyi planlaşdırır.

Avstraliyanın bu gün məməlilərin nəslinin ən çox yoxa çıxdığı ölkə olduğu deyilir. Məlumata görə, iqlim dəyişikliyi və ekstremal hava hadisələri invaziv növlərin yayılmasına kömək edir.

Vəhşi pişiklərin əsasən yanğınlara məruz qaldığı əraziləri hədəfə alacağı bildirilir. Çünki burada cırtdan siçovullar kimi vəhşi pişiklərə ov olan heyvanların gizlənəcək yeri yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər