Qüdsdə İsrail polisi ilə fələstinlilər arasında gərginlik davam edir.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, fələstinli gəncin sürücüsü olduğu avtobusda cəsədinin tapılması və araşdırmalardan sonra İsrail polisinin faktı intihar kimi qiymətləndirməsi ilə Qüdsdə qarşıdurmalar yenidən başlayıb.
İnsident nəticəsində polis rezin güllə və gözyaşardıcı qazdan istifadə edib.
Digər tərəfdən, Fələstin Qurtuluş Xalq Cəbhəsi və Fələstin Demokratik Qurtuluş Cəbhəsi İsrail polisinin etdiyi vəhşiliklərə etiraz məqsədilə bu gün ümumi tətil etmək qərarına gəliblər.
Samir