3 Dekabr 2021 17:45
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya təmas xəttində vəziyyət mürəkkəbləşəcəyi təqdirdə Donetsk və Luqansk respublikalarına (tanınmamış) yardım edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Leonid Kalaşnikov deyib.

Kalaşnikov Rusiyadan Ukraynanın işğal edilmiş bölgəsindəki separatçı rejimlərə silah tədarükünün mümkünlüyünə də diqqət çəkib.

“Donetsk və Luqansk respublikalarında vəziyyət mürəkkəbləşəcəyi təqdirdə Rusiya bu respublikalara vəziyyətə uyğun formada yardım göstərəcək. Başqa yol yoxdur. Rusiya qarşı tərəfə insanları qorumaq üçün nəsə verəcək. Bu, həm də silah tədarükü ola bilər”, - deputat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər