4 Dekabr 2021 12:47
4 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da nəşr olunan “Forbes” jurnalı Türkiyə istehsalı pilotsuz uçan aparatlarla (PUA) bağlı diqqətçəkən məqalə yayımlayıb.

Teleqraf.com xəbər verir ki, Amerika nəşri “Bayraktar TB2”lərin Ukrayna və Rusiya arasındakı müharibənin gedişatını dəyişdirə biləcəyi iddia olunub.

Təhlildə Ukrayna ordusunun inventarında “Bayraktar”lara böyük yer ayrıldığı bildirilib.

“Ukrayna müharibəsində tarazlığı pilotsuz təyyarələr dəyişə bilər” başlıqlı təhlildə Azərbaycan ordusunun arsenalındakı PUA-ların Qarabağdakı 44 günlük müharibədə erməni tanklarını və digər texnikaları darmadağın etdiyi qeyd olunub:

“Rusiyanın Ermənistana verdiyi hava hücumundan müdafiə sistemləri onları dayandırmaqda aciz idi. TB2-lər Suriya və Liviyada olduğu kimi, burada da Rusiya texnikasına ağır itkilər verib.

“Bayraktar TB2”-lər indi də Ukrayna və Rusiya arasındakı müharibənin gedişatını və qaydaları tamamilə dəyişdirə bilər.

ABŞ-ın Dəniz Tədqiqatları Mərkəzinin siyasi mütəxssisi Samuel Bendett bildirib ki, Rusiya ordusu Türkiyənin TB2 PUA-larını Ukrayna üçün güc multiplikatoru kimi qəbul edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər