4 Dekabr 2021 11:30
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı hər hansı “qırmızı xətt”i tanımaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evdə akkreditə olunmuş jurnalistlər məlumat yayıb.

“Mən heç kimin "qırmızı xətti"ni qəbul etməyəcəyəm”, - Ağ Ev rəhbəri deyib.

Eyni zamanda, o, Rusiya lideri Vladimir Putinlə uzun danışıqlara ümid etdiyini qeyd edib.

“Biz Rusiyanın hərəkətləri haqqında çoxdan məlumatlıyıq və gözləyirəm ki, uzun danışıqlar aparacağıq”, - Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını necə almaq barədə suala belə cavab verib.

Ukrayna üzrə “qırmızı xətt” barədə Vladimir Putin bu həftə “Rusiya çağırır” forumunda danışıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə öz növbəsində qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması da “qırmızı xətt” olacaq.


Müəllif: Səxavət