17 Noyabr 2014 12:10
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın şimalında üç gündür hökm sürən yağışlar səbəbindən Cenova şəhərinin qərbində yerləşən Bolzaneto rayonundakı Biacca qəbiristanlığının divarı dağılıb. Məzarları yuyan sel cəsədləri yola çıxarıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ligurya və Lombardiya regionlarını əsir alan yağışlar 4 nəfərin ölümünə səbəb olub.

Rəsmilər bəzi tabutların qəbirstanlığın yanından keçən çaya düşdüyünü qeyd edirlər. Şahidlər isə 70-ə yaxın tabutun sel sularına qarışaraq, itkin düşdüyünü bildirirlər.

İtaliya rəsmiləri selin Cenova şəhərinə 1 milyard avro ziyan vurduğunu deyiblər.

Samir


Müəllif:

Oxşar xəbərlər