4 Dekabr 2021 18:54
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Hindistandakı səfiri Nikolay Kudaşev Rusiya lideri Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında gözlənilən görüşün təfərrüatlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, səfir bu barədə RİA-Novosti-yə danışıb.

“Bu, ikitərəfli münasibətlərin inkişafına və Avrasiyada əməkdaşlıq məkanının formalaşdırılmasına tələbatın artdığı xüsusən indiki dövrdə böyük siyasi hadisə olacaq. Biz tam əsaslı şəkildə sammitin yekunlarına görə miqyaslı birgə siyasi bəyanatı gözləyə bilərik”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, artıq müvafiq bəyanat üzərində iş gedir və bu, iki ölkə arasında beynəlxalq əməkdaşlığın demək olar ki, bütün aspektlərini – BMT-nin gündəliyindən, bu təşkilatda islahatların aparılmasından tutmuş regional böhranların həllinə və ikitərəfli əlaqələrdəki irəliləyişlərə qədər bütün aspektləri əhatə edən “böyük əhəmiyyət kəsb edən sənəd” olacaq.

“Qarşılıqı əlaqələrimizin hərbi-texniki əlaqələr kimi ənənəvi həssas sahəsinə gəlincə, bu sahədə də irəliləyiş gözləmək olar", - səfir əlavə edib.

Vladimir Putin dekabrın 6-da Hindistana səfər edəcək. Tərəflər xüsusilə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafını müzakirə edəcəklər.


Müəllif: Səxavət

Oxşar xəbərlər