Hindistanın cənubundakı Andhra Pradeş əyalətində güclü yağışlar səbəbindən 54 mindən çox insan təxliyə edilib.
Teleqraf.com xəbər verir ki, Benqal körfəzində baş verən tropik tufan Hindistan sahillərini bürüyüb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar əyalətlərin bəzi yerlərində təlimlər, eləcə də qatarların hərəkəti dayandırılıb.
Hindistan Meteorologiya Xidmətinin (IMD) verdiyi açıqlamada fırtınanın sabahdan etibarən təsirini itirərəcəyi, Odişa əyalətinə doğru hərəkət edəcəyi bildirilib.