4 Dekabr 2021 20:33
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı 12 kilometr hündürlüyə kül püskürüb və piroklastik axın baş verib.

Teleqraf.com İndoneziya KİV-inə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan videolarda yerli sakinlərin təbii fəlakətdən xilas olmaq üçün qaçdığı aydın görünür.

Yaxın kəndlərin üzərini tüstü bürüyüb. Videogörüntülərdə piroklastik axınların törətdiyi çoxsaylı dağıntılar müşahidə edilir. Hələlik həlak olanlar barədə məlumat verilmir.

Yerli hökumət strukturlarının yaydığı məlumata görə, vulkan dekabrın 3-də axşam saatlarından püskürməyə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər