İtaliyada 2022-ci ilin birinci yarısında 5 yaşdan kiçik uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanıla bilər.
Teleqraf.com-un məlumatına görə, bunu "Sky tg24" telakanalının efirində İtaliyanın Dərman Agentliyinin (Aifa) prezidenti Corco Palu deyib.
O, jurnalistlərin 5 yaşdan kiçik uşaqlara vaksin vurulub-vurulmayacağına dair sualı belə cavablandırıb: "Bu, təbii ki, mümkündür".
Qeyd edək ki, dekabrın 16-dan İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılır.