6 Dekabr 2021 14:45
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

“El Paisa” ləqəbli Hernán Darío Velasquez Venesuelanın Apure əyalətində tələyə salınaraq öldürülüb.

Teleqraf.com xəbər verir ki, Darionun ölümü rəsmi olaraq təsdiqlənməyib və Kolumbiya ordusu qətldən xəbərsiz olduğunu bildirib.

Kolumbiya rəsmiləri bildiriblər ki, Darionun cəsədini görənə qədər onun ölümünü təsdiqləməyəcəklər.

Kolumbiya Prezidenti İvan Dukenin sözçüsü deyib ki, onlar əlavə məlumat axtarır.

Qeyd edək ki, "Farc" üsyançıları 50 ildən çoxdur ki, Kolumbiya hökumətinə qarşı silahlı müharibə aparan və nəticədə 2016-cı ildə atəşkəs elan edən marksist qrupdur.

“Farc”ın ən qorxulu qoşunlarından birinə komandanlıq edən Velasquez hücumlarının amansızlığı ilə məşhurlaşıb. O, şəxsən 2003-cü ildə Kolumbiyanın paytaxtı Boqatada 36 nəfərin ölümünə və 200-ə yaxın insanın yaralanmasına səbəb olan bomba yüklü maşının arxasında olub. Onun reputasiyası o qədər məşhur idi ki, 2016-cı ildə Havanada sülh prosesi ilə bağlı danışıqlarda iştirak edəndə çoxları bunu partizanların həqiqətən də silahı yerə qoymaq əzmində olduğuna işarə kimi görüb. Amma Velasquez 2018-ci ildə atəşkəsi pozub, bir il sonra keçmiş Farc liderləri İvan Markes və Jesús Santriçlə birlikdə “Segunda Marquetalia” adlı yeni üsyançı qrupun yaradılmasını elan etmişdi.


Müəllif: Nemət Orucov