Cənubi Afrika Respublikasından gələn rusiyalı sərnişinlərdə koronavirusun Omikron ştammı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
“Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun apardığı tam genom ardıcıllıq nəticəsində observatorda qaldığı ilk gündə əldə edilən müsbət PCR testi olan iki xəstədə omikron ştammı təsdiqlənib”, - deyə idarədən bildirilib.
Qeyd edilir ki, ümumilikdə Cənubi Afrikadan uçan on nəfərdə COVID-19 aşkar edilib. Ştammlar hələ müəyyən edilir.
Koronavirusun yeni B.1.1.529 variantı noyabrın 20-də Botsvana və Cənubi Afrika Respublikasında aşkar edilib. Onun tərkibində patogenin hüceyrələrə yoluxması üçün lazım olan S-zülalında onlarla mutasiya var.