Çin İrandakı infrastruktur layihələrinə investisiya qoyuluşunu iki dəfə artıracaq.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunun İranın energetika nazirinin müavini İsmayıl Məhsuli açıqlayıb. Onun sözlərinə görə, Çin İrandakı layihələrə sərmayə kvotasını 25 milyard dollardan 52 milyard dollara çatdıracaq.
Qeyd edək ki, nüvə proqramı səbəbilə Avropa və ABŞ tərəfindən sıx embarqoların tətbiqindən sonra İran layihələrin maliyyələşdirilməsi üçün Çin, Rusiya və Türkiyədən dəstək gözləyir.
Samir