6 Dekabr 2021 19:32
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın şimalında Siyaçin dağlıq bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərin mayor rütbəsi daşıdığı məlum olub.

Hadisə yerinə axtarış-xilasetmə qrupları və hərbçilər cəlb olunub.

Siyaçin buzlaqları Qaraqorum dağlarında Pakistan, Çin və Hindistan sərhədində yerləşir.

Bölgədə uzun müddət Pakistan və Hindistan arasında münaqişələr qeydə alınıb. Bununla əlaqədar Siyaçin dünyanın ən hündür münaqişə bölgəsi kimi tanınıb.


Müəllif: Teleqraf.com