7 Dekabr 2021 00:14
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər