Türkiyənin Muğla şəhərinin Dalaman limanında keçirilən əməliyyat zamanı dəniz vasitəsilə ölkəyə gətirilən 1,5 ton narkotik ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, helikopterlərin də iştirak etdiyi əməliyyat zamanı 3 nəfər saxlanılıb.
Qeyd edilir ki, narkotik maddələr dəniz yolu ilə ölkəyə gətirildikdən sonra meşədə gizlədilib. Texniki izləmə sayəsində narkotik maddə ələ keçirilib. Saxlanılan şəxslər məhkəməyə çıxarılıb.